Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 21:38
"Avropa çox ağır, çətin bir epidemiyanın ortasındadır və onun böyük əksəriyyəti "delta" ştamı ilə bağlıdır".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Marqaret Harris bildirib.
Harris epidemiyanın mərkəzinin hələ də Avropa olduğunu deyib.
Qeyd edib ki, dünya miqyasında COVID-19-a yoluxmanın 65 faizi Avropadadır.
"Biz çoxdan deyirik ki, ictimai səhiyyə və sosial tədbirləri gücləndirin, peyvəndlərinizi sürətləndirin. Çünki bütün bunlar həm "delta", həm də "omicron"u dayandıracaq", - o əlavə edib.
ÜST sözçüsü bütün tədbirləri ikiqat artırmağa çağırıb.
Qeyd edək ki, "Worldometer" saytının məlumatına görə, son 24 saat ərzində Rusiyada 1176, Polşada 571, Ukraynada 442 nəfər COVID-19-dan dünyasını dəyişib.