Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rusiya beynəlxalq hüququn prinsiplərini heçə sayır”

“Rusiya beynəlxalq hüququn prinsiplərini heçə sayır”

Tarix: 11 Dekabr 2021 22:34

Gürcüstan Rusiya Xarici İşlər Nazirliyinin 2008-ci ildə NATO-nun Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO-ya üzv olması ilə bağlı qəbul edilmiş qərarı dəyişdirmək çağırışına reaksiya verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, NATO-nun keçmiş bütün sammitlərində Buxarest qərarı yenilənib: "NATO-ya üzvlük Gürcüstanın suveren qərarıdır, Gürcüstan əhalisinin sarsılmaz iradəsinə əsaslanır".

Bəyanatda Rusiyanın qonşu ölkələrə qarşı zorakılıq siyasəti həyata keçirdiyi və bu səbəbdən də Avropa üçün təhlükə yaratdığı vurğulanıb:

"Bu gün Avropa və Avro-Atlantik təhlükəsizlik arxitekturasının əsas problemi Rusiyanın qonşu suveren ölkələrin ərazilərinin işğalı və ilhaqında özünü göstərən hərəkətləridir. Rusiya beynəlxalq hüququn prinsiplərini heçə sayır və öhdəliklərini yerinə yetirmir".

Milli.Az


Etiketlər:  Rusiya beynəlxalq hüququn prinsiplərini heçə sayır


RƏYLƏR