Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

“Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Tarix: 13 Dekabr 2021 14:30

Prezident İlham Əliyev "Qarabağ" futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Qarabağ" futbol klubuna 5 milyon manat ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.


Etiketlər:  Qarabağ futbol klubuna milyon manat ayrılıb SƏRƏNCAM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ