Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 14:32
Ermənistanda son sutkada daha 66 nəfərdə COVID-19 aşkarlanıb.
Sonxeber.net xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 342 604-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 17 nəfər artaraq 7 819-a yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 477 nəfərdir. İndiyədək 325 832 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 7 476 aktiv koronavirus xəstəsi var.