Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 16:35
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti müsahibi müğənni İbrahim Borçalının həyat yoldaşının Zöhrə Həsənova olub.
Sonxeber.net xəbər verir ki, o, mərhum oğlu Rəhimlə olan son telefon zəngindən danışıb:
"Getdi, sonra pandemiyaya görə yollar bağlandı. Bilet almışdı ki, mənə sürpriz etsin. Hamıya deyib ki, mən gəlirəm, amma anam bilməsin. Saat 11-ə işləyirdi, bacımın yoldaşı dedi ki, Rəhim səninlə danışmaq istəyir. Narahat oldum ki, mənə niyə zəng etməyib? Telefonu götürdüm. Dedi ki, ana, məni İstanbulda təyyarədən düşürdülər. Bakıya gəlməyə qoymadılar, Gürcüstana uçmalıyam. Xahiş etdim ki, oğlum, vəziyyət pisdir, bəlkə qayıdasan. Dedi ki, yox, atamdan xahiş et Gürcüstana keçim. Razılaşdıq. Son biletini aldım. Kaş, o ölüm biletini övladım üçün almazdım. Özümü çox günahkar hiss edirəm. Uçdu. 1-2 ay qaldı. Sonra dedi ki, ana, bilirəm bura təhlükəsizdir deyə qalmağımı istəyirsən, amma atama de, məni keçirsin, çox darıxıram. Atamı, səni, Aysunu istəyirəm. Axrıncı gün mənə görüntülü zəng vurdu, açmadım ki, görüb darıxmasın. Zənglə danışdım, sonra dedim ki, sağol oğlum, əlimdə işim var. Dedi ki, ana, bezmisən məndən?"