Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Türkiyə qəhrəman dövlətdir'' - Lukaşenko - VİDEO - FOTO

''Türkiyə qəhrəman dövlətdir'' - Lukaşenko - VİDEO - FOTO

Tarix: 14 Dekabr 2021 10:16

Belarus Prezidenti Aleksandr Lukaşenko İraq, Suriya, Əfqanıstan və digər ölkələrdəki mühacir böhranında Qərb dünyasını günahlandırıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko İraq, Suriya, Əfqanıstan və digər ölkələrdəki mühacir böhranında Qərb dünyasını günahlandırıb.

Polşa və Belarus arasında mühacir böhranı həftələrdir davam edir. Mühacirlər Belarus vasitəsilə Polşaya, oradan da Avropa ölkələrinə getməyə çalışırlar.

Sonxeber.net TRT-yə istinadən bildirir ki, bir çox Qərb ölkələri bu böhrana görə Belarus Prezidenti Aleksandr Lukaşenkonu günahlandırır. Lukaşenko ona qarşı irəli sürülən ittihamları rədd edir.

Qərblə siyasi gərginlik yaşayan Lukaşenko baş verənlər barədə Türkiyə Radio Televiziya Qurumuna (TRT) müsahibə verib.

"Əvvəlcə insanların, yəni mühacirlərin İraq, Suriya, Əfqanıstan və digər ölkələrdən niyə qaçdığından başlamalıyıq" deyə bildirən Lukaşenko deyib:

"Çünki Amerika Birləşmiş Ştatları (ABŞ) və ona xidmət edən Avropa və digər "qəhrəman" dövlətlər bu dövlətləri işğal edib və az qala bu dövlətləri məhv ediblər. Bu insanların yaşamağa evi, övladlarını yedizdirməyə və geyindirməyə imkanları yoxdur... Ona görə də qaçqın düşüb müxtəlif marşrutlara, çağırıldıqları yerlərə gedirlər".

Mühacirlərin Belarusa dəvət edilməsi ilə bağlı iddialara cavab verən Lukaşenko insanların Belarusa tamamilə qanuni yolla getdiyini bildirib.

Lukaşenko "Mücahirlər bunun pulunu ödədilər. Onlar bunu tamamilə qanuni şəkildə etdilər. Onda mənə deyin ki, mən və ya Belarus hökuməti nəyi pozmuşam? Üstəlik, biz artıq Avropa İttifaqı (Aİ) ilə geriqəbul sazişlərinə ciddi əməl edirdik. Ona görə də onlar bunu etməməlidirlər. Bizi boş yerə günahlandırmayın" ifadələrdən istifadə etmişdir.

Belarusun dövlət başçısı daha sonra bildirib: "Türkiyə gerçəkdən də, qəhrəman ölkədir, dövlədir. Türkiyənin hakimiyyəti isə çox alicənab hakimiyyətidir. Çünki ölkənizdə 4 milyondan artıq qaçqına sığınacaq veribsiniz. Bu, sizin üçün bir qürur məsələsidir. Halbuki bəhs etdiyim məsələ qaçqınlara sığınacaq vermiş bütün ölkələr kimi, Türkiyə üçün də ciddi problem və başağrısıdır".

Lukaşenko Prezident Rəcəb Tayyib Ərdoğana Belarus siyasətindəki prinsipial və məsuliyyətli münasibətinə görə təşəkkür etmək istədiyini də bildirib.


Etiketlər:  Türkiyə qəhrəman dövlətdir Lukaşenko VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ