Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 845-ə yüksəlib

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 845-ə yüksəlib

Tarix: 14 Dekabr 2021 18:48

Ermənistanda son sutkada daha 161 nəfərdə COVID-19 aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 342 765-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 26 nəfər artaraq 7 845-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 480 nəfərdir. İndiyədək 326 304 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 136 aktiv koronavirus xəstəsi var.


Etiketlər:  Ermənistanda koronavirusdan ölənlərin sayı yüksəlib


RƏYLƏR