Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 sürücü bu səbəbdən saxlanıldı - VİDEO - FOTO

8 sürücü bu səbəbdən saxlanıldı - VİDEO - FOTO

Tarix: 14 Dekabr 2021 19:24

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax və Ələt-Astara yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanıblar.

Daxili İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Ələt-Astara yolundakı postda Biləsuvar rayon sakini Rəhman Əliyevin idarə etdiyi "VAZ-2106", Bakı-Quba yolundakı postlarda Bakı şəhər sakinləri İlham Səfərovun idarə etdiyi "Toyota" və Kamran Əbilovun idarə etdiyi "Toyota", Bakı-Qazax yolundakı postlarda isə Cəbrayıl rayon sakini Röyal Oruclunun idarə etdiyi "Kia", Şirvan şəhər sakini Fuad Abbaslının idarə etdiyi "VAZ-2106", Bərdə rayon sakini Misir Cəfərovun idarə etdiyi "Renault", Mingəçevir şəhər sakini İlham Hidayətovun idarə etdiyi "Mercedes", Göyçay rayon sakini Şirxan Rəhimovun idarə etdiyi "Daewoo" markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.

Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2, 333.4 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.

R.Əliyev 400 manat məbləğində cərimələnib, Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Səfərov 1 il, K.Əbilov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, Kürdəmir rayon məhkəməsinin qərarı ilə R.Oruclu 5 gün müddətinə inzibati həbs edilib, Qaradağ rayon məhkəməsinin qərarları ilə F.Abbaslı 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, İ.Hidayətov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə, Ş.Rəhimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, M.Cəfərov isə 10 gün müddətinə inzibati həbs ediliblər.

Hövsan qəsəbəsində yaşayan Araz Səfərəliyev idarə etdiyi "VAZ 21015" markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili psixotrop maddə olan metamfetamin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Araz Səfərəliyevin sükan arxasında psixotrop maddələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Araz Səfərəliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Etiketlər:  sürücü səbəbdən saxlanıldı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ