Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 21:52
NATO-nun Baş katibi Yens Stoltenberq 30 sentyabr 2022-ci ildə NATO-dakı vəzifəsi başa çatdıqdan sonra ölkəsinin Mərkəzi Bankının rəhbəri olmaq üçün Norveç Maliyyə Nazirliyinə müraciət edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Norveçin NTB xəbər agentli məlumat yayıb.
Norveç Maliyyə Nazirliyi Mərkəzi Bankın sədrliyinə 22 namizədin siyahısını dərc edilib.
Daha əvvəl səkkiz ildən çox Norveçin Baş naziri, dörd il isə Norveçin maliyyə naziri, eyni zamanda, İşçi Partiyasının lideri olan Stoltenberqin 22 nəfərlik siyahıda olduğu açıqlanıb.
"Noyabr ayında Norveç Maliyyə Nazirliyi mənimlə əlaqə saxladı. Onlar məndən bu vəzifə üçün müraciət etməyi düşünüb-düşünməyəcəyimi soruşdular. Mən ərizə vermişəm, işi əldə etmək üçün çox motivasiyalıyam", - Stoltenberq bildirib.
Qeyd edək ki, iki müddət NATO Baş katibi vəzifəsini icra edən Stoltenberqin səlahiyyət müddəti 2022-ci il oktyabrın 1-də başa çatacaq. Yeni Baş katibin iyunda İspaniyada keçiriləcək NATO Sammitində açıqlanacağı gözlənilir.