Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 856-ya çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 856-ya çatıb

Tarix: 15 Dekabr 2021 16:56

Ermənistanda son sutkada daha 161 nəfərdə COVID-19 aşkarlanıb.

Sonxeber.net xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 342 977-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 7 856-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 486 nəfərdir. İndiyədək 326 559 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 076 aktiv koronavirus xəstəsi var.


Etiketlər:  Ermənistanda koronavirusdan ölənlərin sayı çatıb


RƏYLƏR