Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Jirinovski yeddinci peyvəndini vurdurdu - VİDEO

Jirinovski yeddinci peyvəndini vurdurdu - VİDEO

Tarix: 15 Dekabr 2021 18:08

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski koronavirusa qarşı yeddinci peyvəndi alıb.

Milli.Az xəbər verir ki, bu barədə deputat Telegram-da məlumat verib.

Jirinovski videoda peyvənd prosesinin özünü göstərib. O qeyd edib ki, bu dəfə ona KoviVac peyvəndi vurulub. Daha əvvəl deputat etiraf edib ki, 2020-ci ilin sentyabrından başlayaraq il yarım ərzində o, COVID-19-a qarşı altı peyvənd olub. İlk üç peyvənd Sputnik V peyvəndi olub. Daha sonra Jirinovskiyə koronavirusa qarşı başqa bir rus peyvəndi - EpiVacın üç dozası vurulub.

Liberal Demokrat Partiyasının lideri təəssüfləndiyini bildirib ki, "Rusiya əhalisinin yarısı hələ peyvənd almaq üçün yetişməyib". Onun fikrincə, insanlar peyvəndlərə nə qədər çox müqavimət göstərsələr, pandemiya bir o qədər uzun sürəcək.

Anar Əli
Milli.Az


Etiketlər:  Jirinovski yeddinci peyvəndini vurdurdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ