Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 23:52
Futbol üzrə İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilməli olan "Bernli" - "Uotford" oyunu təxirə salınıb. Sonxeber.net matc.az-a istinadən bildirir ki, buna "Uotford"un heyətində koronavirusa kütləvi yoluxmanın qeydə alınması səbəb göstərilib.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Xəbərdə qonaq komandanın meydana çıxmaq üçün yetərli futbolçuya malik olmadığı diqqətə çatdırılıb.
Qarşılaşmanın yeni tarixi barədə hələlik açıqlama verilməyib. Matçın təxirə salınmasına görə azarkeşlərdən üzr istənilib.