Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daban şporlarının müalicəsi

Daban şporlarının müalicəsi

Tarix: 16 Dekabr 2021 08:03

Daban şporları çox yayılmış pozulmadır. Bu xəstəliyin elmi adı "fassiitdir". Fassiit zamanı daban nahiyəsində yerləşən bağlar iltihablaşır.

İltihab artdıqca daban sümüyünün üzərində çıxıntılar (osteofitlər) əmələ gəlir. Məhz bu çıxıntılara "şpor"lar deyilir. Xəstə daban nahiyəsində ağrılar hiss edir. Ağrılar xüsusilə uzun müddət ərzində oturduqdan və ya uzandıqdan sonra güclü olur, bir qədər gəzdikdən sonra ağrılar azalır.

Xəstəlik inkişaf etdikcə ağrılar artır, dözülməz olur, xəstə dabanı yerə qoya bilmir, axsamağa başlayır.

Xəstəliyin diaqnostikasında rentgendən istifadə olunur. Rentgen şəklində osteofit aydın görünür.

Daban şporlarının müalicəsində gel, krem və ya məlhəm şəklində olan qeyri-steroid iltihabəleyhinə preparatlar (diklofenak, butadion, indometasin məlhəmi və s.) istifadə olunur. Bu preparatlar ağrıları və iltihabı azaldır. Preparatlar 2 həftə ərzində gündə 3-4 dəfə dabanın üzərinə çəkilir.

Son zamanlar daban şporlarının müalicəsində zərbə-dalğalı terapiyadan istifadə olunur. Bu müalicə üsulu çox effektlidir. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalayır.


Etiketlər:  Daban şporlarının müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ