Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfarktın yaxınlaşmasını göstərən 5 SİMPTOM

İnfarktın yaxınlaşmasını göstərən  5 SİMPTOM

Tarix: 16 Dekabr 2021 08:36

İnfarkt keçirmiş bir çox insanlar sonradan etiraf edir ki, infarktdan bir neçə gün və hətta 1-2 həftə əvvəl onlar bəzi şübhəli simptomları hiss edirdi. Kardioloqlar da təsdiq edirlər ki, infarktdan bir müddət əvvəl insanlarda bu ağır pozulmanın yaxınlaşmasına işarə edən bəzi simptomlar meydana gələ bilər.

Beləliklə, ürək həqiqətən bəzi simptomlarla insana sanki xəbərdarlıq edir. Təəssüf ki, insanların əksəriyyəti buna ciddi yanaşmır.

Özünüzdə bu kimi simptomları və ya bu simptomlarda bir neçəsini müşahidə edirsinizsə, vaxt itirmədən kardioloqa müraciət edin. Bununla siz böyük bəladan qurtula bilərsiniz.

1. Ürək nahiyəsində ağrılar.

Saglamolun.az bildirir ki, infarktdan əvvəl bu ağrılar dəyişilir, daha güclü olur, nitroqliserin bu ağrılara çox gec təsir edir.

2. Təngənəfəslik.

Təngənəfəslik sakit vəziyyətdə və ya yüngül fiziki gərginlikdən sonra inkişaf etdikdə, bu xüsusilə təhlükəlidir və yaxınlaşan infartdan xəbər verə bilər.

3. Başgicəllənməsi.

4. Bayılma.

5. "Səbəbsiz" yorğunluq və zəiflik.


Etiketlər:  İnfarktın yaxınlaşmasını göstərən SİMPTOM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ