Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yeni ildə kosmik qiymətə konsert verə bilərdim...”

“Yeni ildə kosmik qiymətə konsert verə bilərdim...”

Tarix: 16 Dekabr 2021 14:02

16 ildən sonra yenidən sənətə geri dönən türkiyəli müğənni Mahsun Kırmızıgül albomun ilk konsertini televiziya verməsinin səbəbini açıqlayıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında yazıb:

"Qərbin, Egenin, Akdenizin, Karadenizin, Marmaranın, İç Anadolunun sahilində və dünyanın dörd yanında yaşayan sevənlərimin konsert izləmə imkanları yoxdur. Məni illərdir sevən, mahnılarımı bilən və məni bu günlərə daşıyan insanların ailəliklə tək əyləncəsi hələ də televiziyadır. Mən də mahnılarımı rəqəmsal platformalara verib, Yeni il gecəsi kosmik qiymətə hər hansı bir məkanda konsert verə bilərdim. İllərdir dayandığım yer bəllidir. Çəkdiyim filmlər sayəsində getdiyim o uzaq yerlərdə mənə sonsuz sevgilərini göstərən sosial platformalarda heyranlıqlarını dilə gətirən insanların məni izləməsi üçün seçimim ən asan əlaqə vasitəsi olan televiziya oldu. Məhz, buna görə də televiziya hələ də çox önəmlidir".

Qeyd edək ki, M.Kırmızıgülün 16 ildən sonra ərsyə gətirdiyi "Hoş geldin" albomunun tanıtımı Star TV-də baş tutacaq. Sənətçi Yeni il gecəsi göstəriləcək konsert üçün 5 milyon lirə qonorar alıb.


Etiketlər:  Yeni ildə kosmik qiymətə konsert verə bilərdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ