Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 19:24
ABŞ Kosmik Agentliyi (NASA) "Parker" kosmik gəmisinin günəş atmosferindən keçdiyini açıqlayıb. Beləliklə, ilk dəfə kosmik gəmi Günəşin xarici atmosferindən keçib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, kosmosda tarixi nailiyyət Günəş ətrafında korona adlanan bölgəyə qısa müddət ərzində daxil olan "Parker" Günəş zondu tərəfindən əldə edilib.
Günəşə "toxunan" uçuş aprel ayında baş tutsa da, məlumatların təhlili indi bunu təsdiqləyə bilib.
"Parker" Günəşin necə işlədiyinə dair yeni anlayışlar əldə edərək, güclü istilik və radiasiyaya dözməli olub.
"Parker Solar Probe" agentliyin indiyə qədər həyata keçirdiyi ən ciddi missiyalarından biridir.
Üç il əvvəl buraxılan və avtomobil ölçüsündə olan vasitə Günəş ətrafında dolaşaraq yaxın keçidlər edir.