Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 22:28
"Google" şirkətinin icraçı direktoru Sundar Piçai bütün işçilərinə iyul ayında peyvənd etmələrini bildirib. Şirkət öz işçilərinə xəbərdarlıq edib ki, peyvənd siyasətlərinə əməl etməsələr, işlərini itirəcəklər.
Sonxeber.net modern.az-a istinadən bildirir ki, bu barədə Amerikanın CNBC kanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda deyilir ki, işçilər peyvənd statuslarını göstərən sənədləri şirkətə təqdim etməlidirlər.
Peyvənd sənədlərini təqdim etməyənlərin ödənişsiz məzuniyyətə buraxılacağı, sonra isə işdən çıxarılacağı bildirilir.