Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroliqa və ÇL-də də qrup mərhələsinin ən yaxşı qolları bəlli oldu

Avroliqa və ÇL-də də qrup mərhələsinin ən yaxşı qolları bəlli oldu

Tarix: 17 Dekabr 2021 23:56

Futbol üzrə UEFA Çempionlar Liqasında və Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib. Milli.Az matc.az-a istinadən bildirir ki, ÇL-də Fransanın PSJ klubunun hücumçusu Lionel Messinin "Mançester Siti" (İngiltərə) ilə ev oyununda (2:0) vurduğu qol birinci yerə layiq görülüb. Argentinalı hücumçu sözügedən qarşılaşmanın 74-cü dəqiqəsində uzaq məsafədən dəqiq zərbə ilə yekun hesabı müəyyənləşdirmişdi.

Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Lionel Messinin qolu 22 faiz səs toplayıb.
 
Avropa Liqasında isə Şotlandiyanın "Seltik" klubunun futbolçusu Kyoqo Furuhaşinin "Ferentsvaroş"la (Macarıstan) ev oyununda (2:0) vurduğu qol fərqləndirilib. Sorğuda iştirak etmiş azarkeşlərin 43 faizi məhz bu futbolçunun qolunu bəyənib.

Milli.Az


Etiketlər:  Avroliqa ÇL qrup mərhələsinin ən yaxşı qolları bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ