Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qürbət ölkədə vətənim üçün darıxıram'' - Elariz

''Qürbət ölkədə vətənim üçün darıxıram'' - Elariz

Tarix: 18 Dekabr 2021 02:35

"Təbrikiniz üçün çox sağ olun. Bu gün ancaq təbriklərə cavab yazmaqla məşğulam. Belə gündə isə içimdən ancaq mahnı oxumaq keçir".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu deyib. Müğənni qürbət eldə yaşamasına baxmayaraq vətən üçün darıxdığını deyib:

"Hər bir Azərbaycan vətəndaşına Türkiyə və Amerika kimi ölkələrdə yaşamaq əlverişlidir. Bu ölkələrdə Azərbaycan vətəndaşı ikinci dərəcəli deyil. Şükür Allaha mən də işlərimi Amerikada qurmuşam, burda restoranda çalışıram. Axşam doğum günümlə bağlı yəqin ki, tədbirimiz olacaq. Bu münasibətlə məni Bostona dəvət ediblər. Amma bütün bunlara baxmayaraq qürbət ölkədə öz vətənim üçün darıxıram".

Qeyd edək ki, Elariz Məmmədoğlu 1964-cü il dekabrın 17-də Bakıda anadan olub. Müğənni 2019-cu ildə Amerikaya köçüb.


Etiketlər:  Qürbət ölkədə vətənim üçün darıxıram Elariz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ