Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 13:50
Aktrisa Hazal Kayaya xəstəxanada vaxtı keçən vaksin vurmaq istəyiblər.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, aktrisa vaksin vurdurmaq üçün xəstəxanaya yollanıb.
Məşhur kino ulduzu tibb bacılarının ona vaxtı keçmiş vaksin vurmaq istədiklərini görəndə əsəbiləşib. O, bu barədə 6, 6 milyon izləyicisi olduğu instaqramda post paylaşıb.
"Şüşəsini görmək istəməsəm, dekabrın 11-də istifadə müddəti keçmiş vaksin vurulacaqdı. Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada qeyd olunur ki, vaksinin istifadə müddəti keçdikdən sonra 9 ay istifadə oluna bilər. O zaman dərmanın üzərində niyə bu yöndə yazı var?", - o, postda qeyd edib.
Xatırladaq ki, musiqiçi Aytekin Ataş da eyni problemlər əlaqədər sosial mediada paylaşım etmişdi.