Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 10:38
Dünən Prezident İlham Əliyevin maaşların artırılması ilə bağlı imzaladığı sərəncamlarla dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahının dayandığı bir daha təsdiq edildi.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Millət vəkili qeyd edib ki, dövlət başçısının illərdir bu sahədə həyata keçirdiyi islahatlar uğurla davam edir. Musa Quliyevin sözlərinə görə, 2022-ci ildən islahatların növbəti zərfinin həyata keçirilməsinin şahidi olacağıq.
Millət vəkili Vüqar Bayramov isə deyib ki, gələn ilin dövlət büdcəsində sosial istiqamətlərə kifayət qədər vəsait ayrılıb. Qeyd edib ki, bu istiqamətdə ayrılan vəsaitlərin həcmi ümumi büdcə xərclərinin 46,4 faizini təşkil edəcək.
Millət vəkili maaşların artımı fonunda inflyasiyanın tənzimlənməsinin vacib olduğuna diqqət çəkib.
''Növbəti il hökümət tərəfindən qiymət artımlarının qarşısının alınması ilə bağlı tədbirlərin güclənəcəyi gözlənilir'', - deyə Vüqar Bayramov vurğulayib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: