Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikalı generallardan ŞOK PROQNOZ: 2024-cü ildə...

Amerikalı generallardan ŞOK PROQNOZ: 2024-cü ildə...

Tarix: 20 Dekabr 2021 11:12

Amerikanın "Washington Post" qəzeti ABŞ ordusunda xidmət edən 3 istefada olan generalın 2024-cü ildə keçiriləcək seçkilərdə mümkün çevriliş və vətəndaş müharibəsi xəbərdarlığı ilə bağlı yazısına yer verib.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, ehtiyatda olan general-mayorlar Paul D. İton, Antonio M. Taquba və istefada olan briqada generalı Stiven M. Andersonun yazdığı məqalədə ABŞ ordusundakı partizanlığa və komandanlıq zəncirinin hər keçən gün pisləşməsinə işarə edilərək bu vəziyyətin 2024-cü il seçkilərinin mümkün nəticələrindən asılı olaraq hərbi çevrilişlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edilib.

Hər 3 general bu ilin yanvarında Konqresə hücumda iştirak edənlər arasında ehtiyatda olan, eyni zamanda hələ də xidmət edən hərbçilərin olduğunu, 124 təqaüddə olan zabitin seçkilərdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkinin legitimliyini şübhə altına alan arqumentlərini dəstəkləyən bəyanat imzaladığını xatırladıb.

Məqalədə Oklahoma Milli Qvardiya komandiri, briqada generalı Tomas Mançinonun Ağ Evin əsgərlərə peyvənd vurulması əmrinə qarşı "Əmri prezidentdən (Baydendən) deyil, əyalət qubernatorundan (Respublika Partiyası) alacağam" sözlərini işlətməsi də komandanlıq zəncirinin artıq qırılmasına misal olaraq göstərilib.

Ehtiyatda olan zabitlər qeyd edib ki, 2024-cü ildə hazırkı prezident Co Bayden və Respublikaçılar Partiyasından Donald Tramp, yaxud onun kimi biri arasında mübahisəli seçkilər orduda parçalanmaya, çevriliş cəhdinə və sonra vətəndaş müharibəsinə səbəb olacaq.

Milli.Az


Etiketlər:  Amerikalı generallardan ŞOK PROQNOZ 2024 ildə


RƏYLƏR