Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 12:04
Ermənistanda son sutkada daha 72 nəfərdə COVID-19 aşkarlanıb.
Sonxeber.net xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 343 708-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 7 903-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 493 nəfərdir. İndiyədək 328 799 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 5 513 aktiv koronavirus xəstəsi var.