Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 08:54
Bakı. Trend:
Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitə ilə söndürülmüşdür.
FHN-dən verilən məlumata görə, yanğın nəticəsində 50 ha sahədə biçilmiş taxıl sahəsi, meşə zolağında 2 ha sahədə kol-kos və ağaclar yanıb.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin