Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsan orqanizminin ən sirli orqanlarından olan - DALAQ

İnsan orqanizminin ən sirli orqanlarından olan - DALAQ

Tarix: 21 Dekabr 2021 22:42

Dalaq - orqanizmdə ən sirli orqanlardan biri sayılır. Dalağın orqanizmdə rolu müasir tibdə hələ də sona kimi araşdırılmayıb.
 
Milli.Az aztibb.az-a istinadən bildirir ki, dalağın orqanizmdə bir neçə müxtəlif funksiyası var: qanı viruslar, bakteriyalar, infeksiyalardan, mutasiyaya uğramış hüceyrələrdən təmizləyir, köhnə, xəstə, "keyfiyyətsiz" qan hüceyrələri tutur və onları məhv edir.
 
Bəzən dalaq böyüyə bilər. Böyümüş dalaq adətən özünü heç bir əlamətlə büruzə vermir və əksər hallarda bu pozulma təsadüfən USM zamanı təyin olunur. Dalağın böyüməsi sol böyürdə ağrılar və hətta az miqdarda qida qəbulundan sonra mədənin dolması hissi ilə özünü büruzə verir.
 
Dalaq həm də orqanizmdə trombositlərin deposudur. Bu qan hüceyrələri qanın laxtalanmasını və qanaxmanın dayandırılmasını təmin edir. Dalaq trombositlərin müəyyən hissəsini (30-50%-ə kimi) özündə saxlayır və lazım olduqda onları qana buraxır. Məhz bu səbəbdən dalağın müxtəlif səbəblərə görə (dalağın yırtılması, bəzi xəstəlikləri və s.) xaric olunması (tibbdə - "splenektomiya")  qanda trombositlərin artmasına (trombositoza) səbəb olur. Damarlarda trombların əmələ gəlməsi isə öz növbəsində infarkt və insult kimi ağır pozulmaların əsas səbəbidir.
 

Dalaq, həmçinin dəmirin və zülalların mübadiləsində iştirak edir.

Milli.Az


Etiketlər:  İnsan orqanizminin ən sirli orqanlarından olan DALAQ


RƏYLƏR