Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Omikron”u digər ştammlardan fərqləndirən simptom açıqlandı

“Omikron”u digər ştammlardan fərqləndirən simptom açıqlandı

Tarix: 22 Dekabr 2021 09:18

"Omikron"un ən xarakterik əlaməti kifayət qədər ciddi baş ağrısı və qəfil zəiflik, güc itkisidir.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok sözügedən ştammın xarakterik əlamətlərini sadalayarkən bildirib.

Həkim vurğulayıb ki, COVID-19-un bütün variantları üçün 70-dən çox simptom təsvir olunub və bu, xəstələrdə ştammı dəqiq müəyyən edilməsində problemə çevrilir.

"Onlar müxtəlif ştammlarda təkrarlanır, lakin bəzi simptomlar bəzi ştammlarda daha qabarıq şəkildə özünü göstərir. Məsələn, "Uhan" ştammının "vizit kartı" - qoxu itkisi idi, bu "Delta"da rast gəlinir, lakin daha az".

Bolibok vurğulayıb ki, "Omikron" ştammı ilə yoluxma halında isə qoxu itkisinə demək olar ki, rast gəlinmir.

Milli.Az


Etiketlər:  Omikronu digər ştammlardan fərqləndirən simptom açıqlandı


RƏYLƏR