Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 10:14
Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı peyvənd də daxil olmaqla epidemioloji göstəricilər üçün peyvənd təqvimini təsdiqləyib. Sərəncam hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, sənədə əsasən koronavirusa qarşı məcburi peyvənd üçün birinci dərəcəli prioritetlərə yaşı 60-dan yuxarı vətəndaşlar, tibb işçiləri, sosial xidmət və təhsil işçiləri, xroniki xəstəlikləri olan şəxslər, bir milyondan çox əhalisi olan şəhərlərdə yaşayan vətəndaşlar daxildir.
RF Milli peyvənd təqviminə 12-17 yaş arası yeniyetmələr üçün koronavirus peyvəndi də daxil edilib. Qeyd olunur ki, bu, könüllü şəkildə və valideynlərdən birinin və ya qanuni nümayəndənin yazılı müraciəti əsasında həyata keçiriləcək.