Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının axtarışa verdiyi separatçı Rusiyaya necə gedir?

Bakının axtarışa verdiyi separatçı Rusiyaya necə gedir?

Tarix: 22 Dekabr 2021 11:18

Məlum olduğu kimi, Azərbaycana qarşı törədilmiş müxtəlif cinayət əməllərinə görə Xankəndi separatçılarının rəhbərləri Araik Arutyunyan, David Babayan, Cəlal Arutyunyan, Armen Babacanyan və bir neçə digər müharibə cinayətkarı Azərbaycanın Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən beynəlxalq axtarışa verilib. Lakin Azərbaycanın müvafiq orqanları tərəfindən barəsində axtarış elan olunmuş müharibə cinayətkarları, separatçıların ara-sıra xarici ölkələrə, xüsusilə də Rusiyaya səfər etmələri ilə bağlı məlumatlar yayılır. Buna aprel ayında Araik Arutunyanın Moskva səfərini misal göstərmək olar.

Bəs ölkəmiz tərəfindən beynəlxalq axtarışa verilən belə şəxslərin xarici ölkələrə, eləcə də Rusiyaya səfərlərinin qarşısını necə almaq olar?

Sonxeber.net xəbər verir ki, bununla bağlı Axar.az-a açıqlama verən Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov bildirib ki, separatçıların Rusiyaya səfərləri hüquqi yardımla əlaqədar bağlanmış müqavilələrə kölgə salır:

"Araik Arutyunyan barəsində Azərbaycanın Baş Prokurorluğunda cinayət işi başlanıb. Onun Rusiya ərazisinə sərbəst şəkildə gedib-gəlməsi Azərbaycanla Rusiya arasında hüquqi yardımla əlaqədar bağlanmış müqavilələrə kölgə salır. Belə ki, MDB üzvü olan ölkələr arasında "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyaya əsasən barəsində cinayət işi olan şəxslə əlaqədar Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq sorğular göndərildiyi təqdirdə Rusiya Baş Prokurorluğu bu sorğuların cavablandırılması və təqsirləndirilən şəxsin dindirilməsi ilə bağlı tədbir görməlidir".

S.Vəkilov qeyd edib ki, Baş Prokurorluq Konvensiyaya uyğun olaraq, bu məsələlərdə müvafiq sorğular təqdim edə bilər:

"Bu sahədə Baş Prokurorluqla bərabər diplomatik korpuslarda fəal olmalıdır. Bu, separatçılara həm də ciddi siyasi-hüquqi təzyiq yarada bilər".

Qeyd edək ki, Baş prokuror cinayətkar separatçılarla bağlı bir neçə dəfə beynəlxalq qurumlara müraciət edib.


Etiketlər:  Bakının axtarışa verdiyi separatçı Rusiyaya necə gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ