Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2021 18:35
"Özümü çox pis hiss edirəm, bütün vücudum ağrıyır. Ayaqlarım sözümə baxmır..."
Sonxeber.net xəbər verir ki, bu sözləri Yenisabah.az-a bir neçə gün öncə oğlunu evləndirən müğənni Nadir Qafarzadə deyib.
O, məclisin ürəyincə keçdiyini desə də, bəzi qonaqların müxtəlif bəhanələr gətirərək məclisə iştirak etmədiyini qeyd edib:
"Ayaqqabılar mənim axırıma çıxıb, heç demə toya təzə ayaqqabı geyməzlərmiş, mən bunu bilməmişəm. Ayaqlarım məndən sanki imtina edib, görsəniz dəhşətə gələrsəniz. Lakin buna baxmayaraq, sevincliyəm, hər şey yaxşıdır.
Toyda həmkarlarımın da iştirakı əla idi. Düşünürəm ki, səliqəli, zövqlü bir toy keçdi. Belə də olmalı idi, çünki bu cür olsun istədik. Gələn gəldi, necə lazımdır iştirak etdi, gəlməyənlər də gəlmədi, Allah canlarını sağ eləsin. Düzdür, "Yalandan xəstəyəm, özümü pis hiss edirəm" sözlərini deyib bəhanə edənlər də oldu, amma eybi yoxdur. Yaxşı ki, gəlmədilər, onsuz da yerimiz yox idi. Yer üstündə problem yaşanırdı, ikinci sarayı da açmışdım deyə, bir az çətinlik oldu. Sənət adamları bir az gec gəldilər, 8-dən sonra ancaq gələ bildilər, buna baxmayaraq, hər kəsi yerləşdirdim. Hamı da razı getdi, düşünürəm ki, narazı gedən olmamalı idi, çünki hər şey yüksək səviyyədə qurulmuşdu. Bundan artığını eləməyə gücüm yox idi, bu da bəs edirdi".
Müğənni məclisdə israfçılığa yol vermədiyini bildirib:
"Məclisimizdə israfçılıq olmadı. Mən özüm israfçılığa qarşıyam. Çalışdım ki, süfrədə yalnız yeyiləcək şeylər düzülsün, ən yaxşıları və az olsun. Bəlkə də çoxları düşündü ki, məşhur toyudur israfçılıq oldu, amma xeyr. İstədim ki, qonaqlarım kef çəkə biləcəkləri axşam keçirsinlər. Hamı da razı qaldı, hətta dostlarım, tanışlarım dedi ki, menyunu necə seçmisənsə, hər şey yeyildi, süfrədə artıq heç nə olmadı".