Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 13:56
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Viktor Bannikov beynəlxalq turnirində Latviya yığması ilə keçirilmiş oyundan sonra AFFA-nın saytına açıqlama verib.
Qol.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:"Həddindən artıq ağır oyun oldu. Təəssüf ki, yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Oyuna nəzarət edən tərəf biz idik. Hesab məni qane etməsə də, futbolçularımın oyuna diqtə etməsindən razı qaldım. Bu cür oyunların nəticələri önəmli deyil. Əsas uşaqlar beynəlxaq səviyyədə oyunlarda güclü rəqiblərlə qarşılaşaraq təcrübə qazanırlar. Ümumi götürdükdə komandanın oyununda inkişaf hiss olunur. İlk oyundan fərqli olaraq, bu görüşdə həyəcanlı deyildilər, daha inamlı çıxış edirdilər.
Təqvim çox sıxdı, 5 günə 4 oyun oynamalıyıq. Bu turnir bizim üçün çox önəmli idi. Demək olar ki, bütün çatışmayan cəhətlərimizi gördük. Bundan sonra çatışmazlıqları aradan qaldırmaq üzərində çalışacağıq".