Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 10:38
2021-ci ilin sonunda "Cloudflare" tərəfindən tərtib edilən ən populyar domenlər siyahısına TikTok.com başçılıq edir.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
2020-ci ildə ən çox ziyarət edilən resurs Google.com və onun xidmətləri olub. Həmin vaxt "TikTok" yeddinci və səkkizinci yerlərdə olub.
Lakin bu il ötənilki lider reytinqin ikinci pilləsinə düşüb.
Siyahıda üçüncü yeri "Facebook" tutub.
Bundan sonra ən popular domenlər siyahısında Microsoft.com, Apple.com, Amazon.com, Netflix.com, YouTube.com, Twitter.com, WhatsApp.com saytları gəlir.