Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ajda Pekkan səhnədə ağladı

Ajda Pekkan səhnədə ağladı

Tarix: 24 Dekabr 2021 12:45

Bodrum Tanıtım Fondunun 25-ci ildönümü konsertində pop ulduz Ajda Pekkan mükafata layiq görülüb. 

Milli.Az Olay-a istinadən xəbər verir ki, o, Bodrum mədəniyyət və incəsənət elçisi ünvanına sahib olub.  

Pekkana Bodrumun simvolu olan qiymətli daşlarla bəzədilmiş mavi balığı bələdiyyə sədri Əhməd Aras təqdim edib. 

Təqdimat zamanı Ajda hisslərinə hakim ola bilməyib və ağlayıb.

"Çox bəyəndim, əməyi keçən hər kəsə çox təşəkkür edirəm. Evimdə çox xüsusi bir yerdə saxlayacağam.Dəyəri əvəzsizdir", deyə bildirib. 

Zeki Müreni yad edərək çıxışına davam edən Pekkan sözlərinə belə davam edib:  "Zeki Mürenin Bodrum sevgisini bilməyən yoxdur. Bu yer haqqında onunla çox söhbətimiz oldu. Bodruma sevgim Zeki Müren sayəsində başladı. Sənətin sönməyən günəşi olaraq onu qəlbimdə sevgi və rəhmətlə anıram". 

Qeyd edək ki, Ajda Pekkanın Bodrumdakı üç konsertinin gəliri məktəbəqədər təhsilə, ikincisi küçədə yaşayan heyvanlara, kitabxanaların yaradılmasına sərf ediləcək.  

Milli.Az


Etiketlər:  Ajda Pekkan səhnədə ağladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ