Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emin yeni barışdığı Alyonanı və qızını klipinə çəkdi - VİDEO - FOTO

Emin yeni barışdığı Alyonanı və qızını klipinə çəkdi - VİDEO - FOTO

Tarix: 24 Dekabr 2021 18:30

Xalq artisti Emin Ağalarov "31.12" adlı yeni klipini təqdim edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni ilk dəfə klipinə ailəsini çəkib. Belə ki, ekran işində Eminin bir müddət əvvəl ayrıldığını bəyan etdiyi həyat yoldaşı Alyona Qavrilova və qızı Afina rol alıb.

Emin yeni işi ilə bağlı "Yeni ildə hər kəsə xoşbəxtlik, harmoniya və sevgi arzulayıram. Qoy bu video hər bir izləyicidə ən isti və sevincli emosiyalar oyatsın" sözlərini bildirib.

Mahnının musiqisi və sözləri Konstantin Nonikova məxsusdur. Klipin rejissoru isə Katya Yakdır.

Qeyd edək ki, rus mediası Eminlə Alyonanın barışdığı haqda dəfələrlə xəbər yazsa da, cütlük bunla bağlı heç bir açıqlama verməyib.

Milli.Az


Etiketlər:  Emin yeni barışdığı Alyonanı qızını klipinə çəkdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ