Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 19:50
Müğənni Günel Məhərrəmova maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, "Həmin Zaur" verilişinə qonaq olan ifaçı aparıcı Zaur Kamalın ona ünvanladığı bəzi sualları cavablandırıb.
Aparıcı Vüsalə Əlizadə ilə qrup yoldaşı olduğunu deyən Günel onunla bir zaman aralarında yaranan soyuq münasibətdən danışıb:
"Vüsalə Əlizadə ilə aramızda kin-küdurət olmayıb. Biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində birlikə təhsil almışıq, qrup yoldaşı olmuşuq. Vüsalə ilə indi də münasibətlərimiz yaxşıdır.
Sadəcə bir vaxtlar aramızda küskünlük var idi. Nə mən onun, nə də o mənim toyuma gəlməyib. Küskünlük olsa da ürəyimiz, qəlbimiz hər zaman bir yerdədir".