Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həmrəy Azərbaycanın şanlı tarixi''

''Həmrəy Azərbaycanın şanlı tarixi''

Tarix: 24 Dekabr 2021 20:34

24.12.21-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş  Komandan İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Həmrəy Azərbaycanın şanlı tarixi" adlı intellektual yarış keçirilmişdir. Tədbiri Akademiyanın rektoru, professor Hüseyn Qaraşov giriş sözü ilə açaraq, İlham Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan, Ali Baş Komandanın tariximizdə açdığı şanlı səhifələrdən bəhs etdi.

İntellektual yarışda Ali Baş Komandanın həyat və misilsiz fəaliyyətini əks etdirən suallar öz əksini taparaq tələbələr və müəllimlər tərəfindən maraqla izlənildi. Raundlararası fasilələrdə Ali Baş Komandanın fəaliyyətini əks etdirən videolar tədbiri daha maraqlı etdi. Sonda qalib komanda sertifikat və hədiyyələrlə mükafatlandırıldılar.


Etiketlər:  Həmrəy Azərbaycanın şanlı tarixi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ