Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış həkimdən dərinin gözəlliyi üçün SADƏ VASİTƏLƏR

Tanınmış həkimdən dərinin gözəlliyi üçün SADƏ VASİTƏLƏR

Tarix: 25 Dekabr 2021 07:42

ABŞ-da yaşayan və işləyən tanınmış türk əsilli kardocərrah, sağlam həyat tərzi mütəxəssisi və şoumen Mehmet Oz öz populyar "Doktor Oz şousu" (Dr. Oz Show) verlişində sadə və əlçatan vasitələrin köməyi ilə gözəl və sağlam dəriyə sahib olmaq üçün maraqlı məsləhətlər verir.

Sizə bu vasitələrdən bəzilərini təqdim edirik:

1. Dərini hamarlayan və cavanlaşdıran maska. 1 x.q qəhvəyi şəkər tozu (adi ağ şəkər tozundan da istifadə edə bilərsiniz) və 1 ç.q. zeytun yağı qarışdırılır, dəriyə çəkilir, bir neçə dəqiqə ərzində massaj edilir. Sonra maskanı ilıq suda isladılmış pambıqla silin.

2. Liftinq-maska. 2 x.q. istənilən nəmləndirici krem, 1 yumurta ağı, 2 çimdik sarıkök, 1 ç.q. bal qarışdırılır, üz dərisinə çəkilir, 20 dəqiqədən sonra yuyulur.

3. Sızanaqlardan xilas edən sadə vasitə. 6-10 aspirin həbini əzin, 2-3 x.q. limon şirəsini əlavə edin, 5-10 dəqiqə saxlayın. Alınmış qarışığı yalnız sızanaqların üzərinə çəkin, 10 dəqiqədən sonra soda və su qarışığında isladılmış tamponla silin.

Milli.Az


Etiketlər:  Tanınmış həkimdən dərinin gözəlliyi üçün SADƏ VASİTƏLƏR


RƏYLƏR