Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın avrokubokda rəqabət ənənəsi var'' - ''Sevilya'' rəsmisi

''Qarabağ''ın avrokubokda rəqabət ənənəsi var'' - ''Sevilya'' rəsmisi

Tarix: 30 Avqust 2019 17:48

"İqtisadi və kadr potensialı olmayan komandalarla qarşılaşacağıq. Püşkün nəticəsindən məmnunuq. Ancaq oyunlar olmamış danışmaq tezdir".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avroliqanın qrupundakı rəqiblərindən olan "Sevilya"nın idman direkotorunu Roman Monçinin müavini Emilio de Dios İspaniya mətbuatına açıqlamasında deyib.

O, rəqiblər arasında "Qarabağ" və APOEL-i xüsusi fərqləndirərək bu komandaların avrokuboklarda təcrübəli olduğunu qeyd edib:  "Orta səviyyəli qrup olduğundan, narazı qala bilmərik. APOEL və "Qarabağ"ın avrokubokda rəqabət ənənəsi var. Onlar bu tempə öyrəşiblər. "Düdelanj" bir az zəif görünə bilər. Amma Avropada  asan oyun olmur".

Qeyd edək ki, "Sevilya", "Qarabağ", APOEL və "Düdelanj" A qrupunda mübarizə aparacaq.

 


Etiketlər:  Qarabağın avrokubokda rəqabət ənənəsi Sevilya rəsmisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ