Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentin Ofisinin rəhbəri “Bayraktar”ların istehsalının başladığını elan etdi

Prezidentin Ofisinin rəhbəri “Bayraktar”ların istehsalının  başladığını elan etdi

Tarix: 25 Dekabr 2021 19:10

Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak ölkədə "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin istehsalının başladığını elan edib. O əlavə edib ki, daha əvvəl bu dronlar üçün mühərriklər Ukraynada istehsal edilirdi.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Ukraynada "Bayraktar" istehsalı üçün zavodun tikintisinin başladığını bir ay əvvəl prezident Vladimir Zelenski elan etmişdi.

"Biz Türkiyə ilə əməkdaşlığı genişləndiririk. Hər şey "Bayraktar"ların təchizatı ilə başlayıb, indi isə artıq onların Ukraynada istehsalı işə salınıb. Deyəndə ki, bunlar türk "Bayraktar"larıdır, bəli, - biz onları Türkiyədən almışıq. Amma qeyd etmək lazımdır ki, bu pilotsuz təyyarələr üçün mühərriklər bizim ölkəmizdə istehsal olunur", - Yermal jurnalistlərə bildirib.

Prezident Ofisinin rəhbəri habelə Qərb ölkələrinin Ukraynaya hərbi dəstəyi haqda danışıb. Bildirib ki, Böyük Britaniya Ukrayna hərbi dəniz donanmasının yenidən qurulmasında iştirak edir. Bu, 1.7 milyard funt sterlinq dəyərində birgə layihədir. Fransa ilə birgə layihənin dəyəri isə 1.3 milyard avrodur. "Ukrayna ilə bu gün həqiqətən strateji tərəfdaş kimi əməkdaşlıq edirlər", - Yermal deyib.

Xatırladaq ki, Ukraynanın Türkiyədən 48 "Bayraktar" aldığı məlum olmuşdu. İndi isə Kiyev onların istehsalını həyata keçirir. Bütün bunlar Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsi və hücuma hazırlaşdığı bir vaxtda baş verir.


Etiketlər:  Prezidentin Ofisinin rəhbəri Bayraktarların istehsalının başladığını elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ