Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ölkəyə böhrandan çıxmaq üçün 6-7 il lazımdır'' - Livan Prezidenti

''Ölkəyə böhrandan çıxmaq üçün 6-7 il lazımdır'' - Livan Prezidenti

Tarix: 25 Dekabr 2021 20:04

Livana indiki iqtisadi böhrandan çıxmaq üçün azı 6-7 il lazımdır.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Livan Prezidenti Mişel Aun yerli telekanallardan birinin efirində deyib.

Dövlət başçısı qeyd edib ki, iki il ərzində böhran dövründə işsizlik və yoxsulluq rekord həddə çatıb.

"Livanda birmənalı olaraq dəyişiklik baş verir. Dəyişikliklər həm ideoloji, həm də praktiki səviyyədə olacaq, çünki biz quldurluq, korrupsiya, sistem səhvləri və uğursuzluqlar səbəbindən mövcud vəziyyətlə üzləşmişik", - Aun bildirib.

Qeyd edək ki, Livanda iqtisadi böhran 2019-cu ildən davam edir. Milli valyutanın məzənnəsi demək olar ki, hər gün aşağı düşür.

Hazırda Livan Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən, 1 dollar 1 500 Livan lirəsidir.


Etiketlər:  Ölkəyə böhrandan çıxmaq üçün lazımdır Livan Prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ