Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quru dəri, qəbizlik, yorğunluğun İNANILMAZ SƏBƏBİ

Quru dəri, qəbizlik, yorğunluğun  İNANILMAZ SƏBƏBİ

Tarix: 25 Dekabr 2021 20:30

İnsanın orqanizminin 70-75% sudan ibarətdir. Su insanın bütün hüceyrə və toxumalarına daxildir, orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir.

Orqanizmin su ilə normal təmin olunması sağlamlıq üçün olduqca vacibdir. Burada söhbət digər mayelərdən deyil, məhz adi təmiz sudan gedir. Lakin müasir insanların əksəriyyəti adi təmiz suyun istehlakına önəm vermir və susuzluq hiss etdikdə çay, qəhvə, ən pis halda isə şirin qazlı içkiləri, enerji içkiləri qəbul edir. Nəticədə müasir insanlar gizli xroniki susuzlaşmadan əziyyət çəkir ki, bu hal bir çox pozulmalara səbəb olur.

1. Qəbizlik

Bağırsaqların normal fəaliyyəti üçün suyun normal miqdarda istehlakı olduqca vacibdir. Susuzlaşmış insanın orqanizmində nəcis kütləsi bərk və quru olur ki, bu da defekasiya aktını çətinləşdirir.

2. Quru, solğun dəri

Dərinin gözəlliyi ona vurulmuş bahalı krem və maskalardan deyil, orqanizmin daxili vəziyyətindən asılıdır. Susuzlaşma dərinin sağlamlığı və gözəlliyinə ciddi mənfi təsir edir - dərinin vaxtından tez qocalmasına, qırışların daha tez əmələ gəlməsinə, dərinin quru, solğun olmasına səbəb olur.

3. Baş ağrıları, yorğunluq

Əsasən mayedən ibarət olan beyin susuzlaşmaya ən birinci reaksiya  verir. Belə halda insan səbəbsiz yorğunluq, zəiflik, baş ağrısı hiss edir, onun yaddaşı pozulur.

4. Artıq çəki

Elmi araşdırmalar sübut edib ki, gün ərzində 2 l qədər su içən insanın artıq çəki yığmaq ehtimalı az su içən insanla müqayisədə daha azdır. Məsələ burasındadır ki, beynimizdə aclıq və susuzluğa cavabdeh olan zonalar yaxın yerləşdiyi üçün bir çox hallarda susuzluq hiss edən insan bunu aclıqla "səhv salır" və qida qəbul edir. Səbəbsiz aclıq hiss edirsinizsə, 1 stəkan su için.

5. Yüksək təzyiq

Susuzlaşma arterial təzyiqin artmasına səbəb olur. Əgər bu hal (susuzlaşma) xroniki xarakter daşıyırsa, insanda hipertoniya inkişaf edə bilər. Bu səbəbdən suyun normal miqdarda istehlakı hipertoniyanın və digər ürək-damar sistemi xəstəliklərinin və pozulmaların əsas profilaktik vasitələrdən biridir.


Etiketlər:  Quru dəri qəbizlik yorğunluğun İNANILMAZ SƏBƏBİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ