Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 14:38
Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı müzakirələr başlayıb, lakin bu məsələdə ölkələr arasında hələ də konsensus yoxdur.
Sonxeber.net Report-a istinadən bildirir ki, "The Washington Post" qəzetinin yazdığına görə, Aİ Rusiyanı Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq etməklə hədələyib.
Eyni zamanda, Aİ-nin xarici siyasətində qərarların qəbulu bütün üzv dövlətlərin razılığı əsasında qəbul edilir. Lakin, bir çox Avropa ölkələri sanksiyalara ehtiyac olmadığını bildiriblər.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2022-ci il tarixinə qədər uzadıb.