Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında yayımlanıb

Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında yayımlanıb

Tarix: 28 Dekabr 2021 15:54

Bolqarıstanın populyar "meridian27.com" ədəbiyyat portalı və Dünya Bolqar Yazıçıları Liqasının rəsmi feysbuk səhifəsi "Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə" (ADTM) layihəsi çərçivəsində gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın bolqar dilinə tərcümə olunmuş "Nədən qəfil pis oldum?", "Sən sönməyən alovsan" şeirlərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən Sonxeber.net-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin bolqar dilinə tərcümə müəllifi - tanınmış bolqar şairi Dmitr Xristovdur.

Qeyd edək ki, 2002-ci ildən "Libra Skorp" kitab nəşriyyatının elektron jurnalı kimi fəaliyyət göstərən "meridian27.com" portalı və Dünya Bolqar Yazıçıları Liqasının feysbuk səhifəsi mütəmadi olaraq dünya ədəbiyyatının aparıcı nümunələrini işıqlandırır.


Etiketlər:  Leyla Əliyevanın şeirləri Bolqarıstan ədəbiyyat portalında yayımlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ