Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 12:10
34 yaşlı plus-size model Eşli Qrem bu yaxınlarda əkiz övladlarını dünyaya gətirməyə hazırlaşır.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, hamiləliyinin son günlərini yaşayan model çılpaq fotosessiya etdirib.
Şəkillərdən birində modelin qarnında əkizlərin fotosu çəkilib. Eşli fotolarından bir neçəsini sosial şəbəkə izləyiciləri ilə bölüşüb. İzləyiciləri onun yenə də cəsarətli addım atmasına təriflər yağdırıb.
Qeyd edək ki, Eşli və həyat yoldaşı Castin Ervin ikinci dəfə valideyn olacaq. 11 ildir ailəli olan cütlüyün Ayzek adlı oğlu var.