Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 15:00
2023-cü ildən etibarən Şuşaya turist səfərləri təşkil ediləcək.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov "Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Şuşaya turistlərin gəlməsi üçün infrastruktur tam hazır olmalıdır.
Nazir bildirib ki, azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qarabağ və Şərqi Zəngəzur zonalarında regional idarələrinin yaradılması planlaşdırılır.
Nazir Teatr Agentliyinin yaradılması ilə bağlı görülən işlərdən də danışıb. Onun sözlərinə görə, Teatr Agentliyinin yaradılması prosesi gələn il davam etdiriləcək. Anar Kərimov həmçinin Azərbaycan filmlərinin "Netflix"də nümayişinin əhəmiyyətindən danışıb.
Mədəniyyət naziri maddi çətinlik çəkən mədəniyyət nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, bununla bağlı müvafiq mexanizm yoxdur.
"Biz mədəniyyət nümayəndələrimizə dəstək olacaq bir mexanizm yaradılmasını istəyirik, gələcəkdə də buna çalışacağıq. Burada təbii ki, şəffaflıq çox önəmlidir",- deyə nazir əlavə edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: