Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 19:05
"Çocuklar duymasın" serialının baş rol ifaçısı Pınar Altuğ Atacan sosial media hesabında ailəsi ilə fotosunu paylaşıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, izləyicilərdən biri aktrisanın həyat yoldaşına görə çox yaşlı olduğunu, sanki uşaqla ailə qurduğunu bildirib.
Pınarın ünvanına gələn tənqidə cavabı gecikməyib.
O, "Siz mənə daha uyğun birini tapın, boşanıb onunla evlənim. Həqiqətən axmaqsınız" deyə, cavab verib. Aktrisa daha sonra şəklə yazılan mənfi rəyləri silib. Digər izləyicilər isə Pınara dəstək çıxaraq ona xoşbəxtlik arzulayıblar.
Qeyd edək ki, Pınar özündən 9 yaş kiçik Yağmur Atacanla 14 il əvvəl ailə qurub.