Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 23:34
Xəbər verdiyimiz kimi, paytaxtın Sabunçu rayonunda iki yaşında uşağın oğurlandığı iddia olunur.
Sonxeber.net "Xəzər TV"yə istinadən xəbər verir ki, uşağın anası deyir ki, oğlu dörd övladının gözü qarşısında yaşadığı evdən oğurlanıb.
O, hətta övladını oğurlamaqda şübhəli bilinən qadını tanıdığını da iddia edir.
Bəs həmin şəxs kimdir?
Kürdəmir sakini Reyhan Şıxəliyeva bildirir ki, iki gün əvvəl işdə olarkən həyat yoldaşı ona övladlarının oğurlandığını deyib. Ana dərhal işlədiyi bazardan evə gəlib.
Reyhan Şıxəliyevanın sözlərinə görə, həmin qadın əvvəllər onların kirayədə qaldıqları ünvana gələrək, həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adı ilə siyahıya alıb.
Hadisədən sonra uşağın valideynləri ''102'' xidmətinə məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib, valideynlərin şikayət ərizəsini alıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, uşağın tapılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri həyata keçirilir.