Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha iki cüdoçumuz medalsız qaldı - Dünya çempionatı

Daha iki cüdoçumuz medalsız qaldı - Dünya çempionatı

Tarix: 31 Avqust 2019 15:04

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir.

Qol.az saytının məlumatına görə, bu gün Azərbaycanın son 2 cüdoçusu fərdi yarışlara qoşulub.

İrina Kinderska və Uşangi Kokauri tatamiyə çıxıb. Lakin hər iki idmançı medalsız qalıb.


Qadınlar, +78 kq

İrina Kinderska 1/16 finalda mübarizəyə başlayıb. İdmançımız ardıcıl olaraq Tessi Savelkuls (Hollandiya) Şeyx Ruhu Nihelı (Tunis) məğlub edib. Lakin 1/4 finalda braziliyalı Maria Sulen Altemanla bacarmayıb. Kinderska təsəlliverici görüşdə digər braziliyalı Bitrayz Souza yenilərək, medal şansını itirib.

Kişilər, +100

Uşangi Kokauri isə çıxışını erkən başa vurub. O, 1/32 finalda avstriyalı Ştefan Hegyiyə ipponla uduzub.

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.

 


Etiketlər:  Daha cüdoçumuz medalsız qaldı Dünya çempionatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ