Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkədəki dumanlı havanın səbəbi açıqlandı

Ölkədəki dumanlı havanın səbəbi açıqlandı

Tarix: 1 Yanvar 2022 22:26

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, inversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olmuşdur. Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olmuşdur.

Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.

Milli.Az


Etiketlər:  Ölkədəki dumanlı havanın səbəbi açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ