Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 21:48
Nyu-York əyalətindəki xəstəxanalarda koronavirus xəstələrinin sayı son on gündə demək olar ki, iki dəfə artıb.
Bu barədə ştat qubernatorluğundan məlumat verilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 2022-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda dövlət xəstəxanalarında 8451 nəfər koronavirus xəstəsi var (bir gündə bu rəqəm 532 nəfər artıb). Cəmi on gün əvvəl isə bu rəqəm 4 452 nəfər olub.
Qeyd edək ki, son həftələrdə Nyu-York koronavirusun "Omikron" ştammının yayılma mərkəzlərindən birinə çevrilib.