Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda “omicron”a yoluxanların sayı artır

Gürcüstanda “omicron”a yoluxanların sayı artır

Tarix: 3 Yanvar 2022 22:42

Gürcüstanda koronavirusun "omicron" ştamına 147 yoluxma halı qeydə alınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlığın Milli Mərkəzi məlumat yayıb.

Gürcüstanda "omicrona"a ilk iki yoluxma dekabrın 20-də təsdiqlənib. Hər ikisi ölkə xaricindən gələn şəxslərdə aşkarlanıb. Onlardan biri ABŞ-dan, digəri isə Dubaydan ölkəyə daxil olub. Daha sonra virus onlarla ünsiyyətdə olan şəxslərin, demək olar, hamısında aşkarlanıb.

Qeyd edək ki, Gürcüstanda son sutkada koronavirusa 943 yoluxma halı qeydə alınıb, 37 nəfər həyatını itirib. 

Milli.Az


Etiketlər:  Gürcüstanda omicrona yoluxanların sayı artır


RƏYLƏR